Sənayə sahəsində, müəssisələrdə quraşdırılan videomüşahidə sistemləri təhlükəsizlik sisteminin ən mürəkkəb növlərindən biridir. Bu, ilk növbədə, videomüşahidə kameralarının sayı ilə bağlıdır. Belə ki, onlar istənilən vaxt artırıla bilər. Ona görə də sistem elə seçilməlidir ki, kamera sayı artırılanda çətinlik yaranmasın. Sənaye sahələri bir çox daxili və xarici bölmələrdən təşkil oluna bilər – istehsal, köməkçi istehsal, anbarlar, ofis binaları, açıq sahələr və s. Ümumiyyətlə, sənaye müəssisəsi özlüyündə böyük risklər olan ərazidir. Buna görə də, mühəndislər istehsal prosesinə, zavod rəhbərləri isə işçilərə daim nəzarət etməlidirlər. Və bütün bunlarla yanaşı system etibarli, rahat idarə olunan olmalıdır.
Sənaye binaları sektorunda video nəzarət böyük əhəmiyyət kəsb edir. Texnoloji proseslərin pozulması və təhlükəsizlik qaydalarına əməl edilməməsi işçilərin xəsarət almasına və hətta ölümünə səbəb ola bilər. Bununla yanaşı, məhsulların keyfiyyətinə də təsir edə bilər. Ona görə bura quraşdırılacaq nəzarət kameraları yüksək professionallıqla seçilməlidir.
İstehsal prosesinin müxtəlif hissələri fərqli nəzarət dərəcələrini tələb edir. Bir qrup qablaşdırıcı və ya ərazi təmizləyicisini izləmək üçün xüsusi göstəricisi olmayan kamera kifayət edir, bahalı mikrosxemləri lehimləyən bir mühəndisin işi isə daha çox diqqət tələb etdiyindən daha yüksək görüntü verən kameraya ehtiyac olur.
Videomüşahidə kamerası həm də fövqəladə hadisənin araşdırılmasında, məsələn, təhlükəsizlik qaydalarının pozulması nəticəsində işçinin turşu ilə kimyəvi yanıq aldığını və ya avadanlıqların quraşdırılması zamanı zavod texnoloqları tərəfindən səhlənkarlığın olub-olmadığını öyrənməkdə kömək edə bilər.
Sənaye sahələrində montaj edilməsi məsləhət edilən kamera növlərindən biri də PTZ / Speed Dome kamerasıdır. İdarəedilməsi, optik böyütmə funksiyası sayəsində (zoom) PTZ kamera hər bir sahə işçisini və bütünlükdə prosesi müşahidə etməyə imkan verəcək: bir işçinin elektrik təchizatı lövhəsini necə lehimlədiyini, ikinci işçinin onu korpusa quraşdırmasını, üçüncünün texniki nəzarəti necə həyata keçirdiyini, digər əməkdaşın məhsulu qutuya yığmasını və s.
Qeyd edək ki, çöl şəraitində quraşdırılan kamera xüsusi korpusla örtülməlidir ki, şaxta, yağış, günəş istisinə tab gətirsin.
Anbar üçün
Sənaye müəssisəsi üçün xammal və komponentlərin tədarükünə, habelə hazır məhsulun göndərilməsinə daim nəzarət etmək vacibdir. Bu səbəbdən orda quraşdırılacaq kamera sistemi yüksək keyfiyyəti ilə seçilməlidir.
İnzibati binalarda müşahidə
İnzibati binalarda kamera sistemi müəssisənin işçilərin və ziyarətçilərin, gələn və gedən şəxslərə nəzarətin aparılması üçün nəzərdə tutulur. Dome kameralar bu işin öhdəsindən mükəmməl gəlir.
Nəticə olaraq qeyd edək ki, düzgün seçilmiş kamera növü və yeri müəssisənin perimetrinə, nəzarət-buraxılış məntəqələrinə və nəqliyyat qovşaqlarına tam nəzarət etməyə, istehsal proseslərinin, ofis sahəsinin və anbarların təhlükəsizliyini təmin etməyə imkan verəcəkdir.