Mağazada video nəzarətin təşkili
Mağaza, Ticarət Mərkəzləri, satış məntəqələri və s. ticarət obyektlərində video nəzarətin təşkili bir sıra xüsusiyyətlərə malikdir.
Videomüşahidə sistemləri mağazalarda bir neçə vəzifə yerinə yetirir.
* oğurluğun qarşısının alınması - kameralar ziyarətçilərin və ya işçilərin mağazadan pulsuz olaraq nə isə götürmənin qarşısını alır
* satıcıların və kassirlərin işinin vicdanla, doğru yerinə yetirməsinə, alıcılarla davranışına, kimin işdən yayındığına, kimin çox çalışdığına, münaqişə yaranarsa kimin haqlı olduğunu müəyyən etməyə kömək edir
* məhsul çatışmamazlığı baş verərsə səbəbi araşdırmağa
Kassa aparatının yanındakı videomüşahidə sistemi – bu zonada əskinasları görmək mümükün olan daha dəqiq görüntü verən yüksək göstəricili kameralar montaj edilməlidir. Təbii ki, burda ölçülər, işiğın düşmə bucağı, divar və ya divar ilə kassanın arasındakı məsafə nəzərə alınmalıdır.
Mağaza daxilində yerləşdirilən kameralar əsasən ümümu görüntünü əldə etmək üçün lazımdır. Burda da, təbii ki, obyektin sahəsi nəzərə alınmalıdır.
Mağazanın çöl hissəsində də kamera sistemi quraşdırılmalıdır. İş vaxtı olmadıqda mağazaya kimin yaxınlaşdığını bilmək bəzən vacib məqam olur. Ona görə də gecə vaxtı aydın çəkən, rütubət, yağış, qar, günəş istisinə davamlı olan, korpusu metal təhlükəsizlik kamerası seçilməlidir.
Videomüşahidə kameralarının çəkilişi mütəq şəkildə yaddaşa toplanmalıdır.
Qeyd edək ki, əgər satış mərkəzi şəbəkə kimi fəaliyyət göstərirsə, onları eyni nöqtədən izləmək də mümkündür.