• 09:00 - 18:00
  • Azerbaycan, Bakı, AZ1054, Binaqadi r-nu, H.Ağamalıyev küç. , 6
  • info@dbtech.az
  • +994 12 412 6886
  • +994 55 247 6886
  • Oteldə videmüşahidə qonaqların əmlakının təhlükəsizliyini təmin edir və fors-major vəziyyətlərin böyüməsinin qarşısını alır. Düzgün yerləşdirilmiş videomüşahidə sistemi mehmanxananın ümumi və xidməti sahələrinin heç bir hissəsini nəzarətsiz qoymur. Ona görə də kamera sistemi elə quraşdırılmalıdır ki, bütün qanunsuz və arzuolunmaz hallar, eləcə də qonaqlar və işçi personalı qeydiyyata alınsın. Münaqişəli vəziyyətlər yarandıqda, arxiv videoyazılarına əsasən, səbəbkar şəxsi müəyyən etmək mümkün olsun. Beləliklə, otel, yataqxana, mehmanxana və s. kimi qonaq qarşılayan müəssisələrdə quraşdırılan videmüşahidə sistemi həm qonaqların, həm də binanın özünün təhlükəsizliyini və əmlakını, ictimai asayişi qorumağa, işçilərin işinə nəzarət etməyə imkan verir.

    Otel sistemində videmüşahidə nələrə kömək olur?

    Kiçik ölçülü oteli hər il təxminən 70 min insan ziyarət edir. Otelin hər qonağının yanında pul və ya qiymətli əşyaları olur. Onların çoxu istirahətdədir və buna görə də daha tez rahatlaşır, diqqəti yayınır. Bəziləri isə şəxsi əşyalarını ümumi yerlərdə qoyur, bəziləri isə spirtli içki qəbul edir. Sonuncu tez-tez münaqişə vəziyyətləri riskinə səbəb olur. Bu o deməkdir ki, əmlakın, hətta qonaqların sağlamlığının itirilməsi və zədələnməsi ehtimalı yaranır.

    Beləliklə, kamera sistemi

    * pul və əşyaların təhlükəsizliyinə kömək olur

    * oteldə qonaqların təhlükəsizliyini təmin edir

    * kadrlara nəzarətin səmərəliliyini artırır

     

    Bəs otelin hansi hissələrində kamera sistemi mütləq quraşdırılmalıdır?

    Otelde kamera sistemi xüsusi sxemə əsasən quraşdırılmalıdır. Bu plana görə ilk növbədə kamera giriş-çıxış hissələrdə olmalıdır. Otelin əsas giriş qapısında, xidməti çıxışlarda gecə çəkilişi olan təhlükəsizlik kameraları quraşdıırlmalıdır. Həmçinin qəza və qəza çıxışlarını kameralarla təchiz etmək lazımdır. Mütləq şərt video qeydiyyatın aparılmasıdır.

    Lift və pilləkanlar da kamera quraşdırılması vacib olan hissələrdəndir. İnsanların mərtəbələr arasında hərəkət etdiyi yerlərdə mütləq kameralar olmalıdır.

    Zal - otelin ön girişi ilə resepsiyon arasındakı məsafə yüksək keyfiyyətli kameralarla izlənilməlidir.

    Otelin damına olan çıxışlarda da kamera sisteminin quraşdırlması mütləqdir.

    Mətbəx, anbar, zal koridorun pəncərələrində, xidməti otaqda, server otağında, mühafizə otağının çöl daxilində, idarə heyətinin otağında təhlükəszilik kameraları olmalıdır.

    Resepsion stoluödəniş edilən yer böyük planda çəkilməlidir.

    Bəzi kameralar nəqliyyatın seriya nömrələrini qeydiyyata ala bilir. Bu kameralar məqsədli şəkildə otelin parkingində quraşdırılır.

    Otelin həyətində quraşdırılacaq kameralar işıqlandırmaya əsasən uyğun şəkildə montaj edilməlidir.

    Otellərdə video nəzarət mühüm təhlükəsizlik atributudur, ona görə də bu iş peşəkarlara etibar edilməlidir.

qonaqpərvərlik həlli