Smart city (Ağıllı şəhər) — informasiya və rabitə texnologiyalarının qarşılıqlı əlaqəsinə əsaslanan infrastrukturdur.
Real vaxt rejimində videomüşahidə sistemlərindən istifadə etməklə məlumatların toplanması və təhlili sayəsində qanun keşikçiləri hadisələrə operativ reaksiya verə və neqativ halların qarşısını ala bilir.
Ağıllı şəhər texnologiyası bütün əsas sahələrdə göstəriciləri yaxşılaşdırmağa yönəlib: tibb və ictimai sağlamlıq, təhlükəsizlik, yaşayış dəyəri, məşğulluq, sosial əlaqələr və ətraf mühitin mühafizəsi.